Azərbaycan Quran 1.1 Apk

Azərbaycan Quran 1.1 icon
Requires: Android 1.6 and up
Curent version: 1.1
Updated: 01.02.2014
Price: Free
Size: 1.39 Mb
Download: 284

Rate saved, Thank!

3.8 (2 votes)

Description of Azərbaycan Quran

Azərbaycan Quran (Koran in Azerbaijani) (Quran in Azerbaijani)

Quran (Qurani Kərim, Qurani Şərif) (ərəbcə: القرآن əl-quran) - İslam dininin müqəddəs və ən əsas kitabı. İslam dinində Quran Allahın buyurduğu sözlərdir, mələyi vasitəsi ilə onları Hz. Məhəmmədə vəhy eyləyib.
Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.
Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində - 23 ilə hissə-hissə nazil olunmasıdır. Quran Allah tərəfindən birbaşa deyil mələk - Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzilərinə görə Bəqərə surəsinin sonuncu 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə (s) vəhy edilmişdir.
Quran kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir. Quran ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (ə) vasitəsiylə son nəbi Hz.Məhəmmədə (s) endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitən səmavi kitabdır.

Quranın adları [redaktə]

Quranın yenə Quranda gələn bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qurandır. Digər adları isə aşağıdakılardır:
Əl-Kitab - Quranda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.
Ümmül-Kitab - Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.
Əl-Furqan - Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.
Əl-Huda - Hidayət edici deməkdir.
Əz-Zikr - Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.
Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha vardır.

Surə
əl Fatihə - Quranın birinci surəsi
Surə kəlməsi dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə Quranın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır.
Quranda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. "Ey insanlar" deyə başlayan surələr Məkkədə, "Ey iman gətirənlər" deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır.
Quranın 114 surəsindən yalnız Tövbə surəsi "Bismillahir-rəhmanir-rəhim!"-Lə başlamayır. Buna baxmayaraq Quranda "Bismillahir-rəhmanir-rəhim" kəlməsi 114 dəfə işlədilib. Belə ki, Nəml surəsinin 30-cu ayəsində Süleyman peyğəmbərin yazdığı məktub "Bismillahir-rəhmanir-rəhim"-lə başlayır.

Quranın yazılması
Hər ayə və surə nazil olduğunda, Məhəmməd peyğəmbər (s) vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi.
Şiə rəvayətlərində qeyd olunur ki, peyğəmbərin (s) vəfatından sonra Hz.Əlinin (ə) 6 ay ərzində Quranın surələrini ayəbəayə şəni-nüzul və səbəbi-nüzulla birlikdə yazıb. Bu kitab tamamlanan vaxt, Quran hafizlərinin çox olması səbəb göstərilərək ona ehtiyacın olmaması vurğulanıb. Həmin kitab imamlardan bir-birinə ötürülüb.
Lakin müharibələr zamanı Quran hafizlərinin kütləvi şəkildə şəhid olması Quranın kitab kimi gələcək nəsillərə ötürmək zərurətini gündəmə gətirib. Bu səbəbdən Ömərin təklifi ilə Zeyd b. Sabitin başçılığı ilə İmam Əli, Osman, Übeyy b. Kab, İbn Məsud, Əbu Dərda kimi səhabələrdən meydana gələn bir komissiya qurulub. Çalışmalar nəticəsində Quran bir kitab halına gətirilib. İbn Məsudun təklifi ilə Qurana Mushaf adı verilib. Bu mushaf Xəlifə Əbu Bəkirin yanında mühafizə olunmağa başlanıb.

Read more...

Images

Share this App

Also from Quran books

Коран 1.0 Apk

Коран

Category: Books & Reference
Free
Download Apk
Hadith in Malayalam 1.1 Apk

Hadith in Malayalam

Category: Books & Reference
Free
Download Apk
Quraan (Quran in Somali) 1.0 Apk

Quraan (Quran in Somali)

Category: Books & Reference
Free
Download Apk

Similar apps

Al Quran Kareem Telugu 1.0 Apk

Al Quran Kareem Telugu

Books & Reference
Brio Technologies Private Limited
4.22 Mb
Download Apk
Quran karim mp3 2.2.6 Apk

Quran karim mp3

Music & Audio
Andro 2014
2.22 Mb
Download Apk
Quran for Android 3.0.7 Apk

Quran for Android

Books & Reference
quran.com
6.89 Mb
Download Apk
Muslim Pro: Quran Athan Azan 12.4.1 Apk

Muslim Pro: Quran Athan Azan

Lifestyle
Bitsmedia Pte Ltd
27.22 Mb
Download Apk
Al QURAN - القرأن الكريم 4.1.4 Apk

Al QURAN - القرأن الكريم

Books & Reference
9D Muslim Apps - Quran, Qibla Direction & Prayers
8.05 Mb
Download Apk
Quran - Qaloon 1.3.1 Apk

Quran - Qaloon

Books & Reference
quran.com
4.53 Mb
Download Apk
Quran - Naskh (Indopak Quran) 1.3.1 Apk

Quran - Naskh (Indopak Quran)

Books & Reference
quran.com
5.44 Mb
Download Apk
Al Sudais Full Quran Offline 3.2 Apk

Al Sudais Full Quran Offline

Music & Audio
KareemTKB
95.72 Mb
Download Apk
Muslim Go- Solat guide, Al-Quran, Islamic articles 3.4.2 Apk

Muslim Go- Solat guide, Al-Quran, Islamic articles

Lifestyle
Intelligent Earnings Sdn Bhd
11.33 Mb
Download Apk
Holy Quran: MP3 Audio offline & Read Tafsir 2.5 Apk

Holy Quran: MP3 Audio offline & Read Tafsir

Books & Reference
HolyQuran
7.29 Mb
Download Apk
And Remind ! Lite : Quran Hadith Prayer 3.1.0 Apk

And Remind ! Lite : Quran Hadith Prayer

Lifestyle
Mohamed Anis
23.87 Mb
Download Apk
Quran French 2.7.08 Apk

Quran French

Books & Reference
Andi Unpam
18.71 Mb
Download Apk
About Privacy Policy Feedback Report a policy violation